Lider TV

Təhsil işçilərinin sentyabr konfransı gerçəkləşib


Baki şəhəri üzrə təhsil işçilərinin sentyabr konfransı gerçəkləşib. Tədbirdə çıxış edən təhsil idarəsinin müdiri məhəbbət vəliyeva vurğulayıb ki, bu il 11-ci sinif şagirdlərinin qəbul imtahanlarında göstərdiyi nəticələrdə 4,75 % artım müşahidə olunub. Bununla yanaşı məktəblərdə iş dəftərlərinin alınmasının məcburi xarakter daşımadığı bildirilib. Daha sonra isə təhsil naziri Mikayil Cabbarov öz çıxışında təhsil sahəsindəki uğurlardan və mövcud problemləri istiqamətində atılacaq addımlardan bəhs edib. Onun sözlərinə görə, “ Ümumi təhsildə keyfiyyət ili “ elan olunmuş növbəti tədris ilinin fəaliyət baxımından daha da zəngin olacaq.




13:00 / 11.09.2017     Çap et  Çap et