Lider TV

Respublika turniri keçirilib


Salyan Olimpiya İdman Kompleksində el pəhləvanı Yaşar Cavadovun xatirəsinə həsr olunan sərbəst güləş üzrə yeniyetmə və azyaşlılar arasında ıv respublika turniri keçirilib. Yarış Salyan rayon İdman və Gənclər İdarəsinin təşkilatı dəstəyi ilə baş tutub. Tirnirdə bakı şəhəri və 12 rayondan gələn 224 güləşçi öz gücünü sınayıb. Qaliblərə fəxri fərman, diplom və medal verilib. Qeyd edək ki, 1957-cildə Salyanın Şorsulu kəndində anadan olan el pəhləvanı Yaşar Cavadov sərbəst güləş üzrə Azərbaycan çempionatlarında dəfələrlə ilk yerlərə ucalıb. Azərbaycan milli idman oyunları üzrə ıv respublika spartakiadasının, həmçinin daşqaldırma turnirlərinin qalibi olub. O, 36 il əvvəl “Hünər” sirk estrada kollektivini yaratmaqlada yaddaşlarda qalıb.




09:00 / 11.09.2017     Çap et  Çap et