Lider TV

Azərbaycan millisi San-Marino yığmasını böyük hesabla məğlub edib


Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi San-Marino yığmasını böyük hesabla məğıub edib. "Bakcell arena"da keçirilən oyuna millimiz daha fəal başlayıb. Görüşün 20-ci dəqiqəsində yığmamız hesabı açıb. Görüşün millimiz yenidən fərqlənib. Qarşılaşmanın birinci hissəsi futbolçularımızın 2:0 hesablı üstünlüyü ilə başa çatıb. Matçın ikinci hissəsi də yığmamızın üstünlüyü şəraitində keçib. Oyunun 57-ci dəqiqəsində Əfran İsmayılov dubl edib. Qarşılaşmanın 71-ci dəqiqəsində avtoqol qeydə alınıb. Belə ki, San-Marino millisinin futbolçusu Miçel Cevoni topu öz qapısına vurub. Üç dəqiqə sonra san-marinolu futbolçu Mirko Palazzi hesab arasındakı fərqi azaldıb. On dəqiqə sonra millimizin kapitanı Rəşad Sadıqov rəqib qapısına təyin olunmuş cərimə zərbəsini dəqiq yerinə yetirərək fərqlənib. Beləliklə, Azərbaycan millisi San-Marino yığmasını 5:1 hesabı ilə məğlub edib. Qeyd edək ki, millimizin yer aldığı "c" qrupunda Almaniya 21 xalla vahid liderdir. Şimali İrlandiya 16 xalla ikinci, Azərbaycan 10 xalla üçüncü, Çexiya 9 xalla dördüncü, Norveç 7 xalla beşinci, hesabında xal olmayan San-Marino isə sonuncu pillədə qərarlaşıb.




11:00 / 05.09.2017     Çap et  Çap et