Lider TV

“Qarabağ” tarix yazdı


“Qarabağ” tarix yazmaqdan doymur. “köhlən atlar” bu dəfə Azərbaycan futbolunda ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla azarkeşlərinə sevinc bəxş edib. Komandamız pley-off mərhələsinin cavab matçında Danimarkada "Kopenhagen"ə 1:2 hesabı ilə məğlub olsa da, ilk oyunda Bakıda qeydə alınan 1:0 hesablı qələbə sayəsində adını qrupa yazdırıb. Gecə saatlarında futbol azarkeşlərinin sevincini isə sözlə ifadə etmək mümkün deyildi...
Saatlar 22:45-i göstərdikdə bütün ürəklər danimarkaya, gözlər isə monitorlara yönəldi. Çünki ilk dəfə Azərbaycan klubu Çempionlar Liqasının qrup mərhələsində çıxış edə bilərdi. Şəhərdə ən böyük monitor Bakı Olimpiya Stadionunda azarkeşlərin ixtiyarına verilmişdi. Hər kəs həyacanla "Qarabağ"ı izləyirdi. 90 dəqiqənin sonunda sevinən Azərbaycan, "Qarabağ" və biz olduq... …Və nəhayət bu gün səhər saatlarında "Qarabağ"ı Bakıya gətirən təyyarə paytaxta eniş etdi. Hava limanında "köhlən atlar"ı yüzlərlə azarkeşlər coşqu ilə qarşıladı. Tarix onu yazanları unutmur. "Qarabağ" Azərbaycan futbolunda yeni səhifə açdı, yeni tarix yazdı. Hər yeni tarix isə bir bayramdır. Bayramın mübarək, Azərbaycan futbolu!

Rövşən Əhlimanoğlu




13:00 / 24.08.2017     Çap et  Çap et