Lider TV

Baş nazirin birinci müavini və müdafiə naziri cəbhə xəttində olublar


Baş nazirin birinci müavini , Yaqub Eyyubov və müdafiə naziri Zakir Həsənov cəbhə xəttində olublar. Rəhbər heyət bölmələrdə hərbi qulluqçularla görüşüblər. Onlara cəbhəboyu zonadakı döyüş şəraiti barədə məlumat verilib. Daha sonra əsgərlərin döyüş və mənəvi - psixoloji hazırlığı, onların qidalanması, əsgər yataqxanaları, sosial məişət şəraiti ilə tanışlıq olub. Heyət hərbi obyektlərə də baş çəkiblər. Hərbi qulluqçular üçün yaradılan şərait yüksək qiymətləndirilib. Rəhbər heyət sonda yeni inşa edilən hərbi şəhərcikyə baş çəkiblər. Aparılan təmir tikinti işlərinin gedişatı ilə maraqlanıblar.




13:00 / 16.08.2017     Çap et  Çap et