Lider TV

Putin xarici kəşfiyyat orqanlarında işləyən zaman “Platov” ləqəbindən istifadə etdiyini bildirib


Rusiya prezidenti Vladimir Putin xarici kəşfiyyat orqanlarında işləyən zaman “Platov” ləqəbindən istifadə etdiyini bildirib. Putin bu barədə “Sirius” təhsil mərkəzinin yetirmələri ilə söhbət zamanı deyib. “Bildiyiniz kimi, mən fəaliyyətimə xarici kəşfiyyat orqanlarında başlamışam. Həmin zaman mən “platov” ləqəbindən istifadə edirdim. Bizim işimizdə bu vacib idi”, dövlət başçısı qeyd edib. Rusiya prezidenti bildirib ki, hazırda hansısa bir təxəllüsdən istifadə onun üçün mənasızdır. “Əlbəttə ki, mən özümə heç bir “ləqəb” seçməzdim, sadəcə öz adımdan istifadə edərdim. Bu hər kəs üçün normaldır, hansısa “ad” arxasında gizlənmək nəyə lazımdır?”, Putin belə deyib. Həmçinin Soçidə bir tələbənin “Sizə ən çox təsir edən hadisə nə olub?" sualını Putin belə cavablandırıb: “Məni çox çətin bir vəziyyətə saldın. Güman edirəm ki, həyatımı dəyişdirən bir hadisə olmadı, ancaq mənə təsir edən hadisə - ciddi olaraq cavab verməyə çalışacağam: sovetlər birliyinin dağılması oldu”.




13:00 / 22.07.2017     Çap et  Çap et