Lider TV

Sərnişin təyyarədə qəza çıxış qapısını açdı, insanlar təşvişə düşdü


Çində uçuşa hazırlaşan “Xiamen” hava yolu şirkətinə aid bir təyyarədə qəza çıxış qapısının açılması insanları təşvişə salıb. Təyyarə havaya qalxmaq istəyəndə yaşanan bu hadisənin səbəbkarı isə sərnişinlərdən biri olub. Şahidlərin sözlərinə görə, həmin şəxs sadəcə təmiz hava almaq istədiyini deyib. Hər hansı bir zərər vermədiyi üçün hava yolu şirkəti sərnişin haqda cəza tədbiri görməyəcək. Çünki bu, onun ilk uçuşu olub və etdiyi hərəkət də hər hansı itkiyə, problemə səbəb olmayıb.




19:00 / 14.07.2017     Çap et  Çap et