Lider TV

Qazaxıstanın Ermənistandakı səfiri Dağlıq Qarabağ münaqişəsindən danışdı


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Dağlıq Qarabağ münaqişəsinin həllinə müdaxilə edə bilməz. Bu sözləri Qazaxıstanın Ermənistandakı səfiri Timur Urazayev deyib. O, bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin təşkilata aidiyyatı yoxdur, çünki təşkilat bu məsələdə hansısa səlahiyyətə malik deyil. «Qazaxıstan Dağlıq Qarabağ münaqişəsini Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə əlaqələndirmir və onu təşkilatdan kənar məsələ hesab edir. Çünki Dağlıq Qarabağ regional münaqişədir və beynəlxalq hüquq normalarına uyğun olaraq danışıqlar yolu ilə həll edilməlidir». Qeyd edək ki, Ermənistan dəfələrlə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı hərbi blokunu Dağlıq Qarabağ münaqişəsinin həllinə cəlb etmək istəsə də, digər üzvlər bunun təşkilatın nizamnaməsinə zidd olduğunu bəyan edirlər.




13:00 / 14.07.2017     Çap et  Çap et