Lider TV

İspaniyada ənənəvi öküz qaçışları zamanı faciə yaşanıb


Pamplona şəhərində keçirilən San-Fermin festivalı çərçivəsində ənənəvi öküz qaçışları zamanı, 6 nəfər xəsarət alıb. İspaniyanın Pamplona şəhərində keçirilən San-Fermin festivalı çərçivəsində ənənəvi öküz qaçışları zamanı, 6 nəfər xəsarət alıb. Onlardan iki nəfəri öküzlərin vurması nəticəsində xəsarət alıb. 4 nəfər isə yıxılaraq kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Bu dəfəki öküz qaçışları ümumilikdə 2 dəqiqə 40 saniyə davam edib. Pamplonalılar San-Fermini festivalını artıq səkkiz əsrdir ki, qeyd edirlər. 36 il ərzində bu bayramlarda, Ernest Hemenquey iştirak edib, amma festivalı sevməyənlər də var. Bayramlar ərəfəsində yüzdən artıq fəal, ölüm maskası taxaraq, Pamplona meydanlarından birinə toplaşırlar. Onlar sonda öküzlərin öldürüldüyü qaçışa və döyüşlərə etiraz edirlər.




19:00 / 13.07.2017     Çap et  Çap et