Lider TV

20 il bağlı qapı arxasında saxlanılan qadın azad edilib


Hindistanın Qoa ştatında öz ailəsi tərəfindən 20 il bağlı qapı arxasında saxlanılan qadın azad edilib. Məlumata görə, polis qadını ictimai təşkilat fəallarının müraciəti nəticəsində azad edib. Hadisə Hindistandan və xaricdən minlərlə turistin gəldiyi kənddə baş verib. Azad olunan vaxt qadının 50 yaşı olub. Qadın 20 il əvvəl Mumbay şəhərindən qayıtdıqdan sonra məlum olub ki, əri başqa qadınla evlənib. Polis nümayəndəsi bildirib ki, qadın özünü qeyri-adi apardıqdan sonra ailəsi onu bağlı otaqda saxlayıb. Qadın bayırı ancaq kiçik pəncərədən görüb. Ona yemək də bu pəncərədən verilib. Qardaşının sözlərinə görə, qadın paltar geyinməkdən imtina edib və bir müddət məcburi müalicə alıb.




13:00 / 13.07.2017     Çap et  Çap et