Lider TV

Dirk Şubel : «Dağlıq Qarabağ münaqişəsi təhlükəlidir»


“Minsk qrupunun fəaliyyətinin nəticələri ürəkaçan olmasa da, münaqişənin alovlanmasının qarşısını alır.” Avropa İttifaqının Şərq Tərəfdaşlığı Məsələləri üzrə Departamentinin sədri Dirk Şubel Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində Ermənistan və Azərbaycanla imzalanacaq gələcək sazişin müzakirələri zamanı belə deyib. Onun sözlərinə görə, Minsk qrupunun mövcudluğu ən azı münaqişənin alovlanmasının qarşısını almağa yarasa da, təmas xəttindəki son hadisələr bunun kifayət etmədiyini göstərir. Avropa İttifaqının nümayəndəsi həmçinin bildirib ki, Dağlıq Qarabağ münaqişəsi olduqca təhlükəlidir və regionun inkişafına mane yaradır. Buna görə də onlar münaqişənin tezliklə həllini görmək istəyirlər.




13:00 / 13.07.2017     Çap et  Çap et