Lider TV

Moskvada ticarət mərkəzində yanğın baş verib


Moskvanın şimal-şərqində yerləşən «Rio» ticarət mərkəzində yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 18 nəfər xəsarət alıb. 14 nəfər xəstəxanaya yerləşdirilib, onlardan bəzilərinin vəziyyəti ağır kimi qiymətləndirilir. Yanğın zamanı ticarət mərkəzindən təxminən 3 min nəfər təxliyə edilib. Yanğının sahəsi min kvadrat metr təşkil edib. Mağazaların birində qısaqapanmadan əmələ gələn yanğın tam söndürülüb.




13:00 / 11.07.2017     Çap et  Çap et