Lider TV

AMEA-nın ilk magistrları məzun oldular


Azərbaycan Milli Elmlər Akademiyasının ilk magistrlarının “Məzun günü” keçirilib. Akademiyanın magistraturasında plan yerlərinin sayı birinci illə müqayisədə artırılıb. Birinci il AMEA-nın magistraturasına 400-dək bakalavr müraciət edib və onlardan 19 nəfəri yüksək balla 9 ixtisas üzrə qəbul olub. Marağı nəzərə alaraq növbəti qəbul illərində ixtisas və plan yerlərinin sayı artırılıb. Mərasimdə AMEA-nın ilk məzunlarına diplomlar təqdim olunub. 2016-2017-ci tədris ilində AMEA-nın magistraturasına 18 ixtisas üzrə 56 nəfər qəbul olunub. Bu il isə 1700-dən çox bakalavr müraciət edib və son məlumata əsasən onlardan 67-si qəbul olunub. Ümumiyyətlə, bu il ali təhsil müəssisələrinin magistraturasına sənəd verənlərin sayı ötən ilə nisbətən 46 faiz azalsa da, qəbul olunanların sayı 34 faiz artıb. Elmira Manaflı




19:00 / 07.07.2017     Çap et  Çap et