Lider TV

Azərbaycanda ilk dəfə insana yeni qulaq qoyuldu


Dünyada ikinci, Azərbaycanda isə ilk dəfə cərrahi əməliyyat yolu ilə insana yeni qulaq qoyulub. Əməliyyat 14 yaşlı qızın üzərində aparılıb. İlk olaraq əməliyyat masasına donor uzadıldı. Gərgin keçən əməliyyatın ilk hissəsi başa çatdıqdan sonra növbəti mərhələdə xəstənin qulağının bərpası həyata keçirildi. Azərbaycanda ilk dəfə reallaşan yeni qulağın düzəldilməsi əməliyyatı 6 saat davam etdi. Cərrah bildirdi ki, əməliyyat uğurla başa çatsa da, xəstənin bir müddət nəzarətdə qalması vacibdir. Mütəxəsisslərin sözlərinə görə, bir və ya hər iki qulağı olmadan doğulan uşaqlara hər 6 min insandan birində rast gəlinir. Uşağın ana bətnində düzgün inkişaf etməməsi, bəzi infeksiyalar və dərman preparatlarının qəbulu bu cür anomaliyaya səbəb ola bilir. Həkimlər uşaqlara bu cür əməliyyatların kiçik yaşlarında, xüsusilə 4-5 yaşında edilməsini məsləhət görürlər.

Zümrüd İbrahimova




19:00 / 29.06.2017     Çap et  Çap et