Lider TV

AŞPA-nın daxili prosedurunda dəyişiklik edilir


Bu gün Avropa Şurası Parlament Assambleyasının yay sessiyasının plenar iclasında “Parlament Assambleyasında məsuliyyət prinsipinin tanınması və həyata keçirilməsi” adlı hesabat müzakirəyə çıxarılıb.
İsveçrəli deputat, xanım Lilian Mori Paskyenin hazırladığı hesabatda AŞPA prezidentinin, vitse-prezidentlərinin və komitə sədrlərinin vəzifələrindən çıxarıla bilməsi məqsədilə qurumun daxili prosedurunda dəyişiklik edilməsi nəzərdə tutulur. Aparılan qızğın müzakirələrdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edərək AŞPA-nın prosedurunun təşkilatın gələcəyi üçün deyil, hansısa fərdlərin cəzalandırılması məqsədilə dəyişdirilməsi cəhdini “əcinnə ovu” adlandırıb. Çıxışlardan sonra hesabat səsə qoyulub və 154 lehinə, 30 əleyhinə, 13 bitərəf olmaqla, qəbul edilib. Bu hesabatın qəbulundan sonra AŞPA-nın hazırkı sessiyasında qurumun sədri Pedro Aqramuntun vəzifədən uzaqlaşdırılacağı gözlənilir.




19:00 / 27.06.2017     Çap et  Çap et