Lider TV

AŞPA prezidenti Pedro Aqramuntun postundan uzaqlaşdırılması məsələsi yenidən müzakirəyə çıxarılıb


Bu gün Avropa Şurası Parlament Assambleyasının Strasburqda keçirilən yay sessiyasının ilk plenar iclasında qurumun prezidenti Pedro Aqramuntun postundan uzaqlaşdırılması məsələsi yenidən müzakirəyə çıxarılıb. APA-nın məlumatına görə bəzi deputatlar Pedro Aqramuntun vəzifədən uzaqlaşdırılaraq, Assambleyanın yeni prezidentinin seçilməsinə və Assambleyada yaranmış böhranın tezliklə həllinə çağırışlar ediblər. AŞPA bürosunun bu gün keçirilmiş iclasında eyni zamanda qurumun oktyabr sessiyasında yeni prezidentin seçilməsi məsələsi də qaldırılıb. Bununla bağlı AŞPA-nın sabah keçiriləcək plenar iclasında xüsusi hesabatın müzakirə ediləcəyi gözlənilir. Plenar iclasa vitse-prezidentlər sədrlik edib.




19:00 / 26.06.2017     Çap et  Çap et