Lider TV

ABŞ Ərdoğanın mühafizəçilərinin həbsinə order verdi


Vaşinqton polisi Rəcəb Tayyib Ərdoğanın mühafizəçilərinin həbsi ilə bağlı order verib. Bu iki ölkə arasında növbəti gərginliyə səbəb olub. Türkiyə prezidentindən cavab gecikməyib. “Amerikanın Hans və Corcu ilə özümü qorumalıyam? ” deyə Rəcəb Tayyib Ərdoğan bildirib. Vaşinqton polis idarəsinin rəhbəri Piter Nyuzem və Mer Myurel Bouzer keçirdikləri birgə mətbuat konfransında bildiriblər ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarında səfərdə orlarkən onun mühafiəzəçiləri ilə etiraz aksiyası keçirən insanlar arasında qarşıdurma baş verib. Bu qarşıdurmada prezident mühafizəçiləri insanlara qarşı sərt davranış nümüayiş etdiriblər və buna görə onların həbsinə order verilib. Ərdoğanın axtarışa verilən mühafizəçilərinin sayı 9 nəfərdir. Onlardan üçü türk polisinin zabiti, daha ikisi isə Kanada vətəndaşlarıdır. Polis rəisi axtarışa verilənləri ABŞ-a gəlməyə və məhkəmə qarşısında cavab verməyə çağırıb. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da ABŞ polisinin mühafizəçilərinin həbsinə dair order verməsinə münasibət bildirib. Ərdoğan Ankaranın bununla siyasi və hüquqi vasitələrlə mübarizə aparacağını bildirib. Bu arada ABŞ-ın Türkiyədəki səfiri məsələ ilə bağlı xarici işlər nazirliynə çağırılıb. Bu barədə Türkiyə xarici işlər nazirliyi bəyanat verib. “Vaşinqton polisi mayın 16-da baş vermiş insidentlə əlaqədar prezident Rəcəb Tayyip Ərdoğanın mühafizəçilərinin həbsinə dair order verdikdən sonra ABŞ-ın Ankaradakı səfiri Türkiyə xarici işlər nazirinin müavini Ümit Yalçınla görüşə dəvət olunub. Səfirə bildirilib ki, həmin qərar yanlış, qeyri-obyektiv və hüquqi cəhətdən əsassızdır”. Nazirliyin bəyanatında bildirlir ki, Türkiyənin Vaşinqtondakı səfirinin iqamətgahı qarşısında insidentin baş verməsinə səbəb yerli təhlükəsizlik orqanlarının lazımi tədbirlər görməməsi olub.




13:00 / 16.06.2017     Çap et  Çap et