Lider TV

Böyük Britaniyanın baş naziri növbədənknənar iclas çağırıb


Ötən gün Londonun qərbində baş verən dəhşətli yanğının qurbanlarının sayı artmaqda davam edir. Son məlumatlara əsasən ölənlərin sayı 12-yə çatıb. 80-dən çox yaralı xəstəxanalara yerləşdirilib. Onlardan təqribən dörddə üçünün vəziyyətinin ağır olduğu bildirilir. Böyük Britaniyanın baş naziri Tereza Mey, hadisənin lazımi qaydada araşdırılmasını şəxsən nəzarətdə saxlayacağını vəd edib. Bu isə hadisə yerinin tamamilə təhlükəsiz olmasından sonra mümkün olacaq. Nazirlər kabinetinin rəhbəri baş verən yanğınla bağlı müzakirələrin aparılması üçün növbədənknənar iclas çağırıb. Yığıncaqda fövqəladə xidmətlərin işi və zərərçəkənlərə yardım məsələləri də diqqət mərkəzində olacaq.




13:00 / 15.06.2017     Çap et  Çap et