Lider TV

Nyukaslda həyəcanlı anlar


Böyük Britaniyanın Nyukasl şəhərində bıçaqla silahlanmış şəxs bir neçə nəfəri girov götürüb. Girovların arasında şəhər məşğulluq mərkəzinin əməkdaşları da olub. Şübhəli, mərkəzin binasına səhər saatlarında daxil olub. Yaxınlıqdakı metro stansiyası bağlanıb, hadisə yerinin yaxınlığındakı yataqxanadan tələbələr təxliyyə edilib. Son məlumata görə, aparılan danışıqlar nəticəsində girov götürülənlərin hamısı azad edilib. Heç kim xəsarət almayıb. Hazırda mərkəzin binasında hücum edən şəxs qalıb.




19:00 / 09.06.2017     Çap et  Çap et