Lider TV

Separatçı qurumda narahatlıq


Beynəlxalq böhran qrupunun Dağlıq Qarabağda müharibə ehtimalının yüksək olamsına dair hesabatı separatçı qurumda narahatlıq yaradıb. Qondarma rejimin rəsmiləri daxili ajiotajı daha da artırmamaq üçün hesabatın reallıqdan uzaq olduğunu iddia edirlər. Erməni analitiklər isə aprel döyüşlərindən sonrakı təhlükənin hələ sovuşmadığını düşünürlər. Politoloq Riçard Kirakosyan hesab edir ki, yayın sonu və ya payızda real təhlükə gözlənilir. Aleksandr İskəndəryanın fikri isə belədir ki, müharibə başlamasa da bölgədə gərginliyin artacağı dəqiqdir. Çünki bunun üçün kifayət qədər əsas var. Onun qənaətincə, 2016-cı ildən bu yana dəfələrlə gərginlik və toqquşmaların müharibəyə çevrilmə məqamı yaranıb. Amma bu, baş verməyib.




13:00 / 05.06.2017     Çap et  Çap et