Lider TV

Qadın güləşçilərimiz uğurlu çıxış etdi


“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının güləş yarışlarının sonuncu günündə qadın pəhləvanlarımız mübarizə aparıblar. Heydər Əliyev adına idman arenasında səkkiz çəki dərəcəsi üzrə keçirilən yarışlarda qadın güləşçilərimiz 4 qızıl, 3 gümüş və 1 bürünc medal qazanaraq komanda hesabında birinci yeri tutublar. Azərbaycan Respublikasının birinci vitse-prezidenti, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təşkilat komitəsinin sədri xanım Mehriban Əliyeva və ailə üzvləri idmançılarımızın yarışlarına baxıblar. Mehriban Əliyeva 48 və 69 kiloqram çəki dərəcələri üzrə qalib idmançılara medalları təqdim edib. Qalib pəhləvanlarımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.




09:00 / 22.05.2017     Çap et  Çap et