Lider TV

Qadın voleybolçularımız İslamiadanın çempionu olub


IV İslam Həmrəyliyi Oyunlarında qadın voleybolçuların yarışına mayın yekun vurulub. “Baku Crystal Hall”da keçirilən yarışın finalında Türkiyə yığmasına qalib gələn Azərbaycan milli komandası İslamiadanın çempionu olub. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmanın birinci seti voleybolçularımızın aşkar üstünlüyü ilə yekunlaşıb - 25:12. Lakin ikinci setdə daha inamlı oynayan türkiyəli voleybolçular 25:23 hesabı ilə qalib gəliblər. Üçüncü setdə təşəbbüsü ələ alan yığma komandamız seti öz xeyrinə başa vurub - 25:20. Voleybolçu qızlarımız dördüncü setdə də gözəl oyun nümayiş etdirərək 25:21 hesabı ilə qələbə qazanıblar. Beləliklə, Azərbaycanın qadın voleybolçuları islamiadanın qızıl medallarına sahib olublar. Türkiyə millisi ikinci, Qırğızıstan yığması isə üçüncü yeri tutub. Yarış başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub.




09:00 / 19.05.2017     Çap et  Çap et