Lider TV

Doqquz minə yaxın vərəm xəstəsi var


Vərəm xəstəliyindən heç kim sığortalanmayıb. Təkcə Avropada hər 15 dəqiqədən bir 32 adam bu xəstəlikdən həyatını itirir. Azərbaycanda isə son 6 ildə hər 100 min əhaliyə görə xəstələrin sayı 144 dən 99 – a düşüb. Həkimlər bu sayın daha da azalmasına çalışırlar. Ölkədə 9 minə yaxın şəxs vərəmdən əziyyət çəkir. Onlardan, demək olar ki, yarısı yeni yoluxanlardır. Son illər statistikada azalma müşahidə edilsə də, bu, təhlükənin sovuşması anlamına gəlmir. Çünki zarafatı sevməyən vərəm insan həyatını sonlandırmaq bacarığındadır. Bu xəstəliyə cənub bölgəsində daha çox rast gəlinir. Vərəmə tutulanların əksəriyyəti kişilərdir. Yaş həddi isə 25-40 arası təşkil edir. Uşaqlar arasında bu, 15-17 yaş arasında dəyişir. Xəstəliyin yayılmasında qeyri - sağlam həyat tərzi böyük rol oynayır. Ağciyər Xəstəlikləri İstitutunda vərəm xəstəliyi və profilaktikasına həsr olunmuş seminarda bildirildi ki, vaxtında həkimə müraciət edib, tədbir görülərsə tam sağalma mümkündür. Həmçinin, ölkədə belə xəstələrin müayinə və müalicəsi ödənişsizdir. Və tez-tez onların vəziyyəti ilə bağlı monitorinqlər aparılır.

Fidan Əliheydər




19:00 / 17.05.2017     Çap et  Çap et