Lider TV

“Naxçıvan open” beynəlxalq şahmat festivalına start verildi


Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 cü il dönümü münasibətilə “Naxçıvan open 2017 ” beynəlxalq şahmat festifalına start verilb. Yarışların başlanması münasibətilə rəsmi tədbir keçirilib. “Naxçıvan open” beynəlxalq şahmat festivalının rəsmi hissəsində çıxış edənlər son illər Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda şahmata xüsusi marağın olduğunu və dövlət səviyyəsində dəstəkləndiyini vuğuladılar. Artıq 7- ci ildir ki baş tutan və ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən “Naxçıvan open” beynəlxalq şahmat festivalı təşkilatçılığa görə «FİDE»- nin ən reytinqli yarışları sırasına daxil edilib. Bu Muxtar Respublikada zəka idman növünə olan marağın və bu sahəyə olan dövlət qayğısının nəticəsidir. Sonra Muxtar Respublikada şahmat idmanının inkişafında xidməti olanlara Beyn?lxalq Sahmat Federasiyasinin diplomları təqdim olundu. Bədii hissədən sonra isə Naxçıvan Şahmat Mərkəzində oyuna start veridi. Festival 3 qrupda , İsveçrə sistemi üzrə keçiriləcək. Qeyd edək ki, yarışın uduş fondu 25 min dollardır. A qrupunda qalib olan şahmatçıya 5 min dollar mükafat veriləcək. Yarışlara mayın 11 də yekun vurulacaq. Səməd Canbaxşiyev




09:00 / 04.05.2017     Çap et  Çap et