Lider TV

Bako Haram terrorçu təşkilatın xeyli sayda silahlısı məhv edilib


Nigeriyada Bako Haram terrorçu təşkilatın xeyli sayda silahlısı məhv edilib. Bu haqqda məlumatı Nigeriyanın Müdafiə Nazirliyi açıqlayıb. Məlumatda bildirlir ki, təhlükəsizlik qüvvələri ölkənin şərqində Diffa bölgəsində bir kəndə hücum edən radikal qrup Boko Haramın 57 üzvü öldürülüb. Torrorçularla döyüşdə 15 hərbiçi və 2 mülki şəxs yaralanıb. Çoxlu sayda silah sursat ələ keçirilib. Həmçinin bildirlir ki, Nigeriyada İslam dövləti qurmağa çalışan Boko Haram, yeddi ildə 15 min adamı öldürüb. 2 milyondan çox sakin öz yaşayış yerini tərk etmək məcburiyyətində qalıb. Boko Haram terror təşkilatı, son illər Niger, Kamerun və digər ölkələrdədə fəallaıq nümaiş etdirir.




09:00 / 11.04.2017     Çap et  Çap et