Lider TV

Seçicilərin sayı artıb


«Hazırda azərbaycanda 5 milyon 163 min 927 seçici var. Bu, keçən illə müqayisədə 36 min 816 nəfər çoxdur. Seçici siyahılarının dəqiqləşdirilməsi prosesi mayın sonuna qədər davam edəcək". Bu barədə Mərkəzi Seçki Komissiyasının iclasında qurumun sədri Məzahir Pənahov məlumat verib. İclasda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi müzakirə olunub. Dəyişikliklər səsə qoyularaq qəbul olunub. Həmçinin bildirilib ki indiyə qədər 19 siyasi partiya maliyyə hesabatını MSK –ya təqdim etməyib.




19:00 / 07.04.2017     Çap et  Çap et