Lider TV

«Təzə bazar»da yanğın olub


Bu gecə Bakının Nəsimi rayonun ərazisində yerləşən «Təzə bazar»da yanğın olub. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən maşınlar cəlb edilib. Fövqəladə Hallar Nazirliyi sözügedən yanğın hadisəsi ilə bağlı məlumat yayıb. Bildirlir ki, Bakının Nəsimi rayonunda ümumi sahəsi 1,5 hektar olan “Təzə bazar” ərazisində birmərtəbəli mağazaların yanar konstruksiyaları 400 kvadrat metr sahə və piştaxtalar yanıb. Bazarın qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.




09:00 / 04.04.2017     Çap et  Çap et