Lider TV

Yaşayış evi yanaraq külə döndü


Zaqatalada 4 otaqlı ev əşyaları ilə birlikdə yanaraq külə dönüb. Hadisə gecə saatlarında Əliabad qəsəbəsində Azi Ramazanovaya məxsus ümumi sahəsi 120 kvadratmetr olan evdə baş verib. Hadisə yerinə Zaqatala rayon Dövlət Yangindan Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yangın nəticəsində çardağın yanar konstruksiyaları və 2 otaq tamamilə yanıb. Evin qalan hissəsi isə yangından mühafizə olunub. Ev sahibinin sözlərinə görə yangina səbəb elektrik naqillərində yaranmış qısaqapanma olub.




13:00 / 01.04.2017     Çap et  Çap et