Lider TV

Güclü külək insan tələfatına səbəb olub


Ötən gün müşahidə olunan güclü külək Salyan və Neftçalada insan tələfatına səbəb olub. Ən dəhşətli hadisə Salyanda qeydə alınıb. Yol kənarındakı reklam lövhəsinin avtomobilin üzərinə aşması nəticəsində 4 nəfər həyatını itirib. Neftçalanın Haqverdili kəndində isə Çinar ağacı kənd sakini, 56 yaşlı Cəfər Səlimovun üzərinə aşaraq onu öldürüb. Güclü külək Neftçalanın Xıllı qəsəbəsində isə orta məktəbin dam örtüyünü qoparaq yerə salıb. Qeyd edək ki, həmin məktəb binasının dam örtüyü ötən ilin yayında yenilənmişdi.




13:00 / 01.04.2017     Çap et  Çap et