Lider TV

Azyaşlı uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib


Göyçayda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Rayon sakini, 5 yaşlı Xədicə Kazımlı Göyçay çayının kənarında oynayarkən ehtiyatsızlıqdan suya düşüb. Uşaq köməksiz vəziyyətdə qaldığı üçün boğularaq ölüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Çayda suyun səviyyəsi çox olduğuna görə, uşağın meyitini tapmaq hələ ki mümkün olmayıb. Axtarış işləri davam etdirilir. Faktla bağlı Göyçay rayon prokurorluğu araşdırma aparır.




19:00 / 31.03.2017     Çap et  Çap et