Lider TV

Şəmkirdə silahlı insident baş verib


Şəmkirin Dəllər-Cəyir kəndində silahlı insident baş verib. Rayonun Dəllər Daşbulaq kənd sakini, 31 yaşlı Vahid Əsgərov Şəmkir şəhər sakini, həmyaşıdı Cavid Şirinova odlu silahdan atəş açıb. Hadisə tərəflər arasındakı mübahisədən yaranıb. Əvvəlcə əlbəyaxa olan gənclərin hirsi bir qədər sakitləşsə də, mübahisə Vahid Əsgərova məxsus “Niva” markalı avtomobildə yenidən qızışıb. Bu zaman Vahid avtomobilində saxladığı odlu silahla Cavidi yaralayıb. İnsident zamanı yaxınlıqdakı 33 yaşlı Zirəddin Qarayev də xəsarət alıb. Güllə yarası alan Cavid ətrafdakıların köməkliyi ilə Şəmkir mərkəzi rayon xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra yaralı Gəncə şəhərindəki özəl xəstəxanalardan birinə aparılıb. Zirəddində yaxınları tərəfindən gəncədəki klinikalardan birinə yerləşdirilib. Şəmkir polisi Vahid Əsgərovun saxlanılması istiqamətində əməliyyat- axtarış tədbirlərini davam etdirir.




13:00 / 31.03.2017     Çap et  Çap et