Lider TV

İki minik avtomobili qəzaya uğrayıb


Bərdədə iki minik avtomobili qəzaya uğrayıb. Yevlax-Ağdam avtomobil yolunun Divanlı kəndi ərazisindən keçən hissəsində baş verən hadisə zamanı 8 nəfər yaralanıb. Yevlax istiqamətində hərəkətdə olan «Vaz 2107» əks tərəfdən gələn eyni markalı avtmobilin qarşısına çıxıb. Nəticədə hər iki avtomobilin sürücüsü idarəetməni itirdiyindən nəqliyyat vasitələri yoldan çıxaraq manelərə çırpılıb. Bərdənin Güloğlular və Cəyirli kəndlərindən olan sürücü və sərnişinlər ağır bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Qeyd edək ki, onlardan 4-ü azyaşlı, 1-i isə 9 aylıq körpədir. Yaralıların vəziyyəti orta ağır qiymətləndirilir.




19:00 / 28.03.2017     Çap et  Çap et