Lider TV

ABŞ qadağa qoydu


ABŞ-da təyyarə salonlarında elektron qurğuların daşınmasına qoyulan qadağa "Əl-qaidə" qruplaşmasının partlayıcı maddəni notebook, planşet və digər qurğuların batareyalarında gizlətmək üsulu işləyib hazırlaması ilə əlaqəli ola bilər. Bunu CBS telekanalına adını gizli saxlayan amerikalı məmur deyib. Belə hadisələrdən biri 2016-cı ilin fevralında "Daallo airlines" aviaşirkətinə məxsus təyyarədə baş verib. Onun göyərtəsində minalanmış notebook-un köməkliyi ilə partlayış törədilib.




13:00 / 22.03.2017     Çap et  Çap et