Lider TV

Türk iş adamlarına qarşı məhdudiyyətlər aradan qaldırılır


"Rusiya ilə Türkiyə arasında yaşanan böhrandan sonra tətbiq edilən məhdudiyyətlər tam aradan qaldırılacaq". Bunu Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında bildirib. Ölkə başçıları «Türk axını» layihəsini, terrorla mübarizə və digər regional problemləri müzaikrə ediblər. Rusiya ATƏT - in Minsk qrupunun üzvü kimi Dağlıq Qarabaq münaqişəsinin həllində önəmli rol oynayır. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yüksək səviyyəli əməkdaşlıq şurasının iclasında bəyan edib. Toplantıdan sonra keçirilən birgə mətbuat konfransında tərəflər bir sıra məsələlərlə bağlı iqtisadi problemləri də müzaikrə ediblər. Terrorla mübarizə və Suriya münaqişəsinin həlli məsələsinə toxunan Ərdoğan bildirib ki, regionda problemlərin həlli istiqamətində Türkiyə və Rusiyanın işbirliyi bəzilərini narahat edir. Görüşdən sonra Putin və Ərdoğan bir sra ikitərfli razılaşmalara imza atıblar. Ərdoğan rusiyalı həmkarı Vladimir Putini iyul ayında İstanbulda keçiriləcək dünya neft konqresinə dəvət edib.




13:00 / 11.03.2017     Çap et  Çap et