Lider TV

80 yaşlı kişi yanaraq ölüb


Zaqatalada 80 yaşlı kişi yanaraq ölüb. Hadisə kohnə turist bazasının yaxınlığında yerləşən evlərdən birində baş verib. Ümumi sahəsi 56 kvadratmetr olan tikilidə qeydə alınan yanğın söndürüldükdən sonra içəridə yanmış kişi meyiti aşkarlanıb. Araşdırma nəticəsində həmin şəxsin 1937-ci il təvəllüdlü Rəsul Musayev olduğu müəyyən edilib. Mərhum evdə tək yaşayırmış. Faktla bağlı araşdırma aparılır.




19:00 / 20.02.2017     Çap et  Çap et