Lider TV

Avtomobil qaçıran birinci qrup əlil qəza törədib


Bərdədə avtomobil qaçıran 1-ci qrup əlil gənc qəza törədib. Hadisə rayonun «Köhnə bazar» adlanan ərazisində baş verib. Bərdə sakini, 21 yaşlı Nicat Məmmədzadə yolun kənarında dayanmış, rayonun Əliyanlı sakini Fəxrəddin İbrahimova məxsus «Vaz» markalı avtomobili qaçırıb. Sürət həddini aşdığından idarəetməni itirən Nicat avtomobili dəmir yolu vağzalının qarşısında ağaca çırpıb. Avtomobilin içində sıxışıb qalmış gənci yaxınlıqdakı insanlar çıxararaq Bərdə mərkəzi rayon xəstəxanasına çatdırıblar. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.




19:00 / 20.02.2017     Çap et  Çap et