Lider TV

Ermənistanın təxribatına laiyqli cavab verilib


İspaniyanın Madrid şəhərində keçirilən «FİTUR- 2017» Beynəlxalq Turizim Sərgisi çərçivəsində Ermənistanın ölkəmizə qarşı təxribatına laiyqli cavab verilib.18-22 yanvar tarixində Madriddə turizim sərgisi çərçivəsində Ermənistana aid olan təqdimat stendində Qarabağa aid olan şəkillər və materiallar yerləşdirilib. Dərhal buna cavab olaraq mədəniyyət və turizim naziri Əbilfəs Qarayev və Azərbaycanının İspaniyadakı səfirliyi tərəfindən sərgi təşkilatçılarının rəhbərlyinə etiraz məktubu göndərilib. Daha sonra ölkəmizin İspaniyadakı səfiri Anar Məhərrəmov İspaniya Xarici İşlər Nazirlyi və fitur rəhbərlyi ilə görüşlər keçirərək, ölkəmizin mövqeyini qarşı tərəfə çatdıraraq Ermənistanın belə təxribatının qarşısının alınmasının zəruri olduğunu bildirib. İspaniya tərəfi Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, lakin bir sıra hallarda özəl sahələrdə baş verənlərə dövlətin müdaxilə edə bilmədyini qeyd edib. Buna baxmayaraq sərgi təşkilatçılarının məsələnin Həssaslığı barədə xəbərdarlıq edəcəklərini bildiriblər. Daha sonra sərgidə Ermənistan stendi qarşısında İspaniyada yaşayan həmvətənlilərimiz etiraz aksiyası təşkil edib və işğalçı Ermənistanın təcavüzkar fəliyyətinə dair lövhə və banerlər nümayiş etdirilib. «Qarabağ Azərbaycanındır», «işğala son», «Ermənistan işğalçıdır» şüarları səsləndirilib. Sərgi iştirakçılarına Azərbaycan həqiqətləri və erməni təcavüzü barədə məlumat verilib.




13:00 / 23.01.2017     Çap et  Çap et