Lider TV

İqtisadi əməkdaşlıq genişləndirilir


Türkiyənin İqtisadiyyat Nazirliyinin bir qrup əməkdaşı Naxçıvandkı biznes mühiti ilə tanış olmaq məqsədilə Muxtar Respublikaya iki günlük səfər ediblər. Səfər çərçivəsində qonaqlar yerli sahibkarlarla görüşlər keçirib, Muxtar Respublikada istehsal olunan məhsullarla tanış olublar. Səfərin məqsədi Naxçıvanla Türkiyənin yaxın bölgələri arasında iqtisadi əməkdaşlığı genişlndirmək və mal tədavülündə qarşıya çıxan problemləri həll etməkdir. Bu görüş ölkə başçısı İlham Əliyevin Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi ilə görüşündən sonra aktuallaşıb. Qonaqlar sahibkarlara Türkiyədəki biznes mühiti və hansı sahədə əməkdaşlığın daha səmərəli olacağı barədə ətraflı məlumat veriblər.




09:00 / 18.01.2017     Çap et  Çap et