Lider TV

Uşaqlar yeni təhlükə ilə üz-üzə


Bir çox valideyinlər qızdırmanı, boğazağrısını və digər yüngül xəstəlikləri evdə müalicə etməklə kifayətlənirlər. Lakin bu vəziyyət mütəxəssisləri narahat edir. Uşaqlar arasında kəskin revmatik xəstəliklərlə həkimə müraciət edənlərin sayı artıb. Mütəxəssislər valideynləri diqqətli olmağa çağırır. Bəzən qrip, angina, zökəm kimi bildiyimiz xəstəliklər kəskin revmatik qıdırma xəstəliyi ola bilər. Həkimlər uçaqlkar arasında bu xəstəliyin sayının arttdığını bildirir. Xəstəliyin ilkin əlamətləri qızdırma ilə başılayır sonra oynaq ağrıları ilə müşahidə olunur. Həkimlər bildirirlər ki, kəskin revmatik qızdırma xəstəliyinin əlamətləri digər xəstəliklərlə bənzədiyindən valideynlərin bu xəstəlikdən xəbərsiz olması ilə nəticələnir.əziyyət çəkən isə ağırlaşma ilə həkimə gətirilən uşaqlar olur. Mütəxəssislər bildirir ki, kəskin revmatik qızdırma xəstəliyi yüzə yaxın növü olan revmatik xəstəliklərin ən geniş yayılan növüdür. Bu xəstəlik boğaz ağrısı və halsızlıq ilə də özünü büruzə verir. Əsas xüsusiyyəti isə ağırlaşmağa doğru oynaqların müxtəlif hissələrində ağrıların olmasıdır. Lakin valideynlər uşaqlarında bu cür əlamətləri yüngül hesab edir və türkəçarə üsullarına əl atırlar. Mütəxəssisləri narahat edən digər məqam isə valideynlərin xəstəliyi araşdırmadan qərar verməsidir. Ağırlaşan zaman müalicə olunmadıqda ölümlə nəticələnən kəskin revmatik qızdırma xəstəliyi bəzi hallarda yolxucu və irsi keçmə xüsusiyyətlərinə malikdir. Bu xəstəlik payız və qış aylarında məktəb yaşlı uşaqlarda daha çox təsadüf olunur.

Zümrüd İbrahimova




19:00 / 17.01.2017     Çap et  Çap et