Lider TV

"Ai-95" premium markalı benzinin qiymətində artım baş verib


Respublikamıza xaricdən idxal edilən "Ai-95" premium markalı benzinin qiymətində artım baş verib. Hazırda yanacaqdoldurma məntəqələrində "Ai-95" premium markalı benzinin bir litiri bir manat 5 qəpiyə satılır. SOCAR- məsələyə münasibət açıqlayıb. Bildirilib ki, qiymət artımına səbəb həmin markalı benzinin başqa ölkələrdən idxal edilməsidir. «"Ai-95" premium markalı benzinin qiyməti məzənnədən asılı olaraq dəyişəcək. Gələcəkdə "Ai-95" markalı benzinin qiyməti dünya bazarında premium markalı benzinin qiymət tendensiyası və Azərbaycanda manatın məzənnəsindən asılı olacaq. Elə buna görədir ki, qiymət artımı respublikamızda istehsal olunan və sürücülərin böyük əksəriyyətinin istifadə etdiyi "Ai-92" markalı benzinə şamil olunmur. Yəni istər "Ai-92" markalı benzinin, istərsə də dizel yanacağının qiymətində dəyişiklik olmayacaq-deyə açıqlamada bildirlir. Qeyd edək ki, "Ai-95" premium markalı benzindən sürücülərin az qismi istifadə edir. Bu isə "Ai-95"-ə olan tələbatın "Ai-92" markalı benzinə olan tələbatdan qat-qat az olmasından irəli gəlir. Üstəlik, bu markadan olan yanacaq xarici idxalla əlaqədar olduğundan onun qiyməti də tarif şurası tərəfindən tənzimlənmir.




09:00 / 13.01.2017     Çap et  Çap et