Lider TV

Dünyanın ən böyük elektronika sərgisi keçirilir


ABŞ-ın Las-Veqas şəhərində dünyanın ən böyük elektronika sərgisi keçirilir. Sayca əllinci dəfə baş tutan sərgi texnologiya dünyasının nəhənglərini bir araya toplayıb. İstehsalçılar yaxın gələcəyə dair planlarını bölüşüb, ən son nailiyyətlərini nümayiş etdiriblər. Yazıçı fantastların əsərlərində bəhs etdiyi sürücüsüz hərəkət edən avtomobillər. Yaxın keçmişə qədər əl çatmaz xülya olan belə apparatlar tədricən texnoloji reallığın bir parçasına çevrilməkdədir. Avtomobil istehsalı ilə məşğul dünyanın ən məşhur və qabaqcıl şirkətlərinin yaxın gələcəyə olan planları bundan ibarətdir. Las-Veqasda keçirilən yarmarkada bu sahənin nəhəngləri iştirak edərək, özlərinin ən son nailiyyətlərini nümayiş etdiriblər. Ekspo-sərgi sayəsində ən yaxın gələcəkdə kimin hansı yeniliyi təqdim edəcəyi məlum olub. Ekspertlərin fikrincə, belə avtomobillərin satışında başlıca amillərdən biri də son illər bu sahədə müşahidə olunan təklif və seçim bolluğudur, burad yüksək rəqabət mövcuddur. İstehsalçılar avtomobillərin salonunun dizaynına da böyük diqqət yetiriliblər. Artıq şirkətlər zavodlarında bu tip avtomobillərin istehsalı üçün uyğun texniki şəraitin yaradılması üzərində çalışırlar. Qabaqcıl avtomobil konsernləri yaxın 3 ildə belə modellərin istehsalına start veriləcəyi bildirilirlər. Yaxın 15 ildə isə sürücüsüz hərəkət edən avtomobillərin ümumi sayının 21 milyona çatacağı proqnozlaşdırılır.




19:00 / 10.01.2017     Çap et  Çap et