Lider TV

Kəskin formalı virus yayılıb


Son zamanlar ağırlaşma və yüksək hərarətlə həkimə müraciət edənlərin sayı artıb. Kəskin formada yayılan virus mütəxəsissləri narahat edir. Vaxtında olunmayan müdaxilə sonradan daha ağır nəticələrə yol aça bilər. Zökəm, öskürək, boğazda qıcıqlanma, boğulma və yüksək hərarət. Son zamanlar bu əlamətlərlə həkimə müraciət edənlərin sayı artıb. Mütəxəssislər həm uşaq, həm də böyüklər arasında virusun sürətlə yayıldığını bildirirlər. Ağır formalı virus uşaqlara daha çox təsir göstərir. Qrip nəticəsində yaranan yüksək hərarət uşaqlarda qıcolmalarla da müşahidə olunur. Mütəxəssislər qripə yoluxarkən həkimə müraciət etməyi məsləhət görür. Bəzi mənbələrdə sürətlə yayılan bu virusun h3n2 virusu olduğu və ölüm ehtimallarının mövcudluğunu iddia edilsə də, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi bunu təkzib edir. Qurumdan yalnız digər kəskin resperator virus infeksiyalarının qeydə alındığını və bunun mövsümi xarakter daşıdığı bildirilir. Eyni zamanda ölkədə qripdən ölüm halları qeydə alınmayıb. Mütəxəssislər qripə yoluxmamaq üçün qoruyuculardan istifadə etməyi, şəsxi gigiyena qaydalarına riayət etməyi, vitaminlər qəbul etməyi tövsiyyə edir. Qrip xəstəliyinə tutularkən isə xəstə yataq rejiminə keçməli, çoxlu ılıq maye və vitamin qəbul etməlidir. Ağırlaşma müşahidə olunduğu təqdirdə həkimə getməlidir.

Zümrüd İbrahimova




19:00 / 09.01.2017     Çap et  Çap et