Lider TV

Vergilər Məcəlləsinə dəyişikliklər edilib


Pərakəndə ticarət fəaliyyətində kənd təsərrüfatı məhsullarının satışı zamanı ƏDV-nin hesablanması yeni qaydada aparılacaq. Məqsəd vergi yükünü azaltmaq və bu yolla kənd təsərrüfatı məhsullarının qiymətlərinin bahalaşmasının qarşısını almaqdır. Vergilər Məsəlləsinə edilən son əlavə və dəyişikliklərdə başqa yeniliklər də var. Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlar kənd təsərrüfatı məhsullarının satışı zamanı ƏDV-ni həmin məhsulların satış qiyməti ilə onların alış qiyməti arasındakı fərqdən ödəyəcəklər. Bununla bağlı vergi məcəlləsinə yeni maddə daxil edilib. Bu da kənd təsərrüfatı məhsullarının pərakəndə satış qiymətinin ucuzlaşmasına səbəb olacaq. Vergilər Məcəddəsinə edilən digər dəyişikliyə görə isə, ödəmə qabiliyyətini itirmiş bankların restrukturizasiya və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək aktivlərinin təqdim edilməsi də 3 il müddətinə ƏDV-dən azad olunur. Fiziki şəxslərin banklardakı əmanəti üzrə ödənilən illik faiz gəlirləri, emitentin investisiya qiymətli kağızları üzrə ödənilən dividenti, diskont və faiz gəlirləri də gəlir vergisindən azad edilməsi müddəti 7 il artırılıb. Bütün bunlarla yanaşı, ixrac fəaliyyəti ilə məşğul olan şəxslərin apardıqları əməliyyatlardan yaranan ədv üzrə artıq ödənilmiş vergilərin onların müraciətindən sonra qaytarılması müddəti də 45 gündən 20 günə endirilib. Qeyd olunan dəyişikliklər vergi ödəyicilərinin vergi yükünün azaldılmasına, onların dövriyyə vəsaitlərindən səmərəli istifadələrinə şərait yaradacaq.

Elmira Manaflı




13:00 / 02.01.2017     Çap et  Çap et