Lider TV

Putin ənənəvi mətbuat konfransı keçirib


Rusiya prezidenti Vladimir Putin ənənəvi mətbuat konfransı keçirib. Konfransda Türkiyə ilə münasibətlər, Suriya münaqişəsi, ABŞ-da prezident seçkiləri, Ukrayna münaqişəsi və bir çox diqər məsələ diqqət mərkəzində olub. İştirak üçün 1437 jurnalist qeydiyyatdan keçib. Türkiyədə Rusiya səfirinin öldürülməsi Rusiya-Türkiyə münasibətlərinə sui - qəsddi. Bunu Putin türkiyəlı jurnalistin sualını cavablandırarkən bildirib. Putin həmçinin Türkiyə və Rusiyanın Suriyadaki vəziyyətə təsirindən danışıb. Bildirib ki, Türkiyə, İran və Rusiyanın bu məsələdə əməkdaşlığı hələbdə vəziyyətin normallaşmasına kömək edib.
Putin onu da əlavə edib ki, ABŞ kimi dövlətin iştirakı olmadan Suriya münaqişəsinin həlli mümkün deyil. Və Rusiya bu məsələdə hər bir ölkə ilə əməkdaşlıq etməyə hazırdı. Qeyd edək ki, bu ilki mətbuat konfransında rekord sayda jurnalist qeydiyyatdan keçib. Onların arasında yaponiya, ABŞ, Çin, Almaniya, Fransa, İspaniya, İsveç və Estoniyadan mətbuat nümayəndələri olub.




19:00 / 23.12.2016     Çap et  Çap et