Lider TV

Dünyanın xəbər agentlikləri rəhbərləri Bakıda toplandı


Dünya xəbər agentliklərinin 5-ci konqresinin Bakıda keçirilməsi kütləvi informasiya vasitələri üçün mühüm hadisədir. Bu sözləri konqresdə iştirak edən aparıcı KİV rəhbərləri deyiblər. Qeyd edək ki, konqres çərçivəsində bu gün həmçinin MDB dövlət informasiya agentlikləri rəhbərləri şurasının 22-ci iclasıda da baş tutub. Azərbaycan və paytaxt Bakı artıq bir neçə ildir ki, vacib beynəlxalq tədbirlərin keçirildyi arenaya çevrilib. Bu sözləri isə konqresdə iştirak edən Rusiyanın TASS informasiya agentlyinin baş direktorunun birinci müavini Mixaıl Qusman dedi. Konqres çərçivəsində MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının 22-ci iclası da keçirildi. İclasın gündəliyinə bir neçə məsələ, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsinin sərgisinin təşkili, 2017-ci ildə Soçidə gənclərin və tələbələrin festifalının keçirilməsi daxil edilmişdi. Qeyd edək ki, konqresdə btün qitələrdən xəbər agentlikləri rəhbərləri təmsil olunur. Asiyanın 31 ölkəsindən 39 agentliyin 77 nümayəndəsi, Avropanın 23 ölkəsindən 30 agentlyin 51 təmsilçisi, Afrika qitəsinin 16 ölkəsindən 16 agentliyin 25 nümayəndəsi, Amerika qitəsinin 7 ölkəsindən 9 agentlyin 17 əməkdaşı,habelə Avstraliyanın 3 agentliyini təmsil edən 4 nümayəndə iştirak edir.




19:00 / 16.11.2016     Çap et  Çap et