Lider TV

Vladimir Putinlə Donald Tramp arasında telefon danışığı olub


Rusiya prezidenti Vladimir Putin və ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp arasında telefon danışığı olub. Kremilin mətbuat xidmətinin yaydığı məlumata görə telefon danışığı zamanı Rusiya prezidenti Vladimir Putin ABŞ-ın yeni administrasiyası ilə əməkdaşlıq qurmağa hazır olduğunu bildirib. Prezidentlər Rusiya-ABŞ münasibətlərinin normallaşdırılması üçün birgə işləməyin əhəmiyyətini qeyd ediblər. Vladimir Putin və Donald Tramp Suriya böhranının həlli məsələsini müzakirə edib, beynəlxalq terrorizmə və ekstremizmə qarşı mübarizədə birgə səylərlə bağlı fikir mübadiləsi aparıblar. Dövlət başçıları telefon danışıqlarını davam etdirmək və gələcəkdə şəxsi görüşün keçirilməsi barədə razılığa gəliblər.




09:00 / 15.11.2016     Çap et  Çap et