Lider TV

ATƏT- ABŞ-da keçirilən prezident seçkilərini tənqid edib


ATƏT- ABŞ-da keçirilən prezident seçkilərini tənqid edib. Qurumun yaydığı bəyanatda bildirlir ki, rəsmi Vaşinqtonun ATƏT qarşısında götürdüyü öhdəliklərə zidd olaraq, beynəlxalq müşahidəçilərə bütün ştatlarda prezident seçkilərini izləməyə imkan verilməyib. “Bir çox ştatlar seçkilərə müşahidəni tam şəkildə tənzimləmir, prezident seçkilərinə əcnəbi müşahidəçilərin buraxılması məsələsinə dair qərarları ştatın və yaxud dairənin rəsmiləri verir. ABŞ-ın ATƏT qarşısında götürdüyü öhdəliklərə zidd olaraq erkən səsvermə zamanı və noyabrın 8-də beynəlxalq müşahidəçilərə bütün ştatlarda seçki prosesini izləməyə imkan verilməyib”-deyə bəyanatda vurğulanır. ATƏT-in hesablamalarına görə, Birləşmiş Şatatlarda səsvermə hüququna malik olan 35 milyon seçici seçkilərdə iştirak etmək üçün qeydiyyata alınmayıb.




09:00 / 10.11.2016     Çap et  Çap et