Lider TV

Tramp yoxsa Klinton


ABŞ - da hər kəs prezdent seçkilərinin nəticələrini gözləyir. Namizədlərin qərərgahlarında canlı yayım üçün hər şərait yaradılıb. Demokratlardan prezidentliyə namizəd Hillari Klintonun həm məğlubiyyət həm də qalibiyyət çıxışılarını hazırladığı məlum olub. Bu arada son nəticələrə görə, respublikaçı namizəd Donald Tramp Klintonu üstələyir. ABŞ-da prezident seçkilərində səslərin hesablanmasının başlanmasından 3 saat sonra Respublikaçılar Partiyasından namizədi Donald Tramp liderliyini qoruyub saxlayır. Tramp səslərin 49,9 faizini, onun rəqibi, Demokratlar Partiyasının namizədi Hillari Klinton isə səslərin 46,2 faizini toplayıb. “CNN” telekanalının xəbərinə görə, Tramp seçkilərin yekun nəticəsinə təsir edə biləcək həlledici ştatlardan biri hesab edilən Floridada qələbə çalmağa çox yaxındır. Belə ki, ştat üzrə bülletenlərin hesablanmış 94 faizinin nəticəsinə görə, Tramp 49,2 faiz, Klinton isə 47,6 faiz səs toplayıb. Respublikaçılar Partiyasından namizəd Texas ştatı üzrə də demokrat Hillari Klintonu kiçik fərqlə qabaqlayır. Tramp həmçinin Arkanzas və Kanzas ştatlarında da liderliyi ələ keçirib. Belə ki, Arkanzasda bülletenlərin hesablanmış 15 faizinin nəticəsinə görə, Trampa 52,3 faiz, Klintona isə 42,7 faiz səs verilib. Kanzasda səslərin hesablanmış 1 faizinin nəticəsinə görə, seçicilərin 54,3 faizi Trampı, 39,8 faizi isə onun rəqibini dəstəkləyib. ABŞ-ın Demokratlar Partiyasından ölkə prezidentliyinə namizəd Hillari Klinton səsvermənin nəticələrinə görə Konnektikut, Ohayo və Pensilvaniya ştatlarında inamla irəliləyir. Konnektikut üzrə bülletenlərin hesablanmış 1 faizinin nəticəsinə görə, Klinton 66,8 faiz, Tramp isə 29,3 faiz səs toplayıb. Ohayo ştatında səslərin hesablanmış 30 faizinin nəticəsinə görə, Klinton 52 faiz, Tramp isə 44,5 faiz səs toplayıb. Pensilvaniya ştatında isə bülletenlərin hesablanmış 1 faizinin nəticəsinə görə seçicilərin 81 faizi Klintona, 16 faizi isə Trampa səs verib. Hillari Klinton Virciniya, Men və Minnesota ştatlarında da rəqibini qabaqlayır. Minnesota ştatında bülletenlərin hesablanmış 1 faizinin nəticəsinə görə seçicilərin 53 faizi Klintona, 39,1 faizi isə Trampa səs verib. ABŞ Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın seçki qərargahı Nevada ştatında səsvermə zamanı qanun pozuntularına yol verildiyinə görə məhkəməyə şikayət edib. Şikayət seçkilərin yekun nəticəsinə təsir edə biləcək həlledici ştatlardan biri hesab edilən Nevada ştatının dairələrindən birində seçki məntəqələrinin vaxtında bağlanmaması ilə bağlıdır. “CNN” telekanalı bundan əvvəl şikayətin məntəqələrin işini nəzərdə tutulmuş vaxtdan tez başlaması ilə bağlı olduğunu bildirmişdi. Bundan başqa, Trampın seçki qərargahı qeyd edir ki, dairə seçki komissiyasının əməkdaşları səsvermənin nəticələrini təhrif etmək məqsədi ilə öz vəzifələrini Demokratlar Partiyasının fəalları ilə əlaqələndirərək icra edirlər. Nevada məhkəməsi isə respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Trampın şikayətini əsassız sayıb. Hakim Trampın seçki məntəqələrinin işçiləri barədə məlumatların təqdim edilməsinə dair tələbinə cavab olaraq dərhal order verməkdən imtina edib. ABŞ-da hər kəs ölkədə keçirilən prezident seçkilərinin nəticələrini gözləyir. Axşam saatlarında ştatların və böyük şəhərlərin hər birində seçicilərin bir yerə toplaşması, öz namizədinə azarkeşlik etməsi və səsvermənin nəticələrini öyrənməsi üçün demokratlar və respublikaçılar partiyalarının qərargahları açılıb. Hər iki partiyanın qərargahında canlanma müşahidə olunur. Amerika telekanallarının əksəriyyəti hər iki partiyanın qərargahından canlı yayım verir. Başqa bir məlumata görə, ABŞ-ın Demokratlar Partiyasından prezidentliyə namizəd Hillari Klinton həm qələbə, həm də məğlubiyyəti üçün çıxış hazırlayıb. Bunu “Fox news” telekanalına Klintonun seçki qərargahının nümayəndəsi bildirib.




09:00 / 09.11.2016     Çap et  Çap et