Lider TV

Mixeil Saakaşvili istefa verdi


Mixeil Saakaşvili Ukraynanın Odessa vilayətinin qubernatoru vəzifəsindən istefa verdiyini açıqlayıb. O, bunu mətbuat konfransı zamanı bəyan edib. Saakaşvili prezident Poroşenkonu korrupsiyaçıları dəstəkləməkdə ittiham edib. “Mən istefa verərək, mübarizənin yeni mərhələsinə başlayıram”, - deyə, o, vurğulayıb. Qubernator ölkənin daxili işlər naziri Arsen Avakov kimi korrupsionerlərin hakimiyyətdə qalmasından bezdiyini vurğulayıb. Onun sözlərinə görə, bu məmurlar maydan hərəkatı ideyalarından sui-istifadə ediblər. Qeyd edək ki, Gürcüstanın keçmiş prezidenti Saakaşvili 2015-ci il, mayın 30-da Odessa vilayətinə qubernator təyin edilib.




19:00 / 07.11.2016     Çap et  Çap et