Lider TV

Dövlət televiziyası 60 yaşını qeyd etdi


İnternet, sosial şəbəkələr, teleradio məkanını daraltsa da, Azərbaycan teleradiosu əhalinin 85 faizinin informasiya ehtiyacını ödəyir. Bu fikirlər Heydər Əliyev Sarayında Azərbaycan televiziyasının 60 illik yubiley mərasimində səsləndirilib. Tədbir konsert proqram ilə davam edib. Radiomuzun 90 televiziyanın isə 60 illik yubileyi münasiböətilə bu sahəyə can qoyan insnalar bir yerə toplaşaıblar. Onlar bir əsrə yaxın radio və televiziya tarixinə ekskursiya ejir. Köhnə ekrandan həmin xatirələri bir daha yaşayırlar. Əvvəlcə Xalq Çalğı Alətləri Orkestrinin ifasında “Radio marşı” səsləndirildi. Çıxış edənlər böyük tarixi olan televiziya və radionun böyük inkişaf yolu keçdiyini diqqətə çatdırıblar. Son 12 ildə bu sahədə qanunvericilik bazası xeyli gücləndirilib, informasiya-kommunikasiya sistemlərinin inkişafına diqqət artırılıb, ölkəmiz 2 kosmik peykini orbitə buraxaraq bu sahədə qabaqcıl ölkələrin sırasına qoşulub. Hazırda Azərbaycanda 10 ümumrespublika, 13 regional, 17 kabel, 15 internet, 1 peyk televiziyası fəaliyyət göstərir. Bundan başqa hər gün 13 ümumrüspublika və 3 regional radio dinləyicilərin görüşünə gəlir. Azərbaycan televiziya məkanında xüsusi yeri olan özəl kanalların da fəaliyyəti yüksək qiymətdləndirilib. Daha sonra ölkəmizdə fəaliyyət göstərən televiziya kanallarının əməkdaşları təbriklərini çatdırdılar. . Yubiley tədbiri incəsənət nümayəndələrinin çıxışı ilə davam etdi.
Elmira Manaflı




13:00 / 04.11.2016     Çap et  Çap et